Onlayn ictimai-siyasi qəzet
Ermənistanın müxalifətdə olan Respublika Partiyası (sədri Serj Sərkisyandır) 26 sentyabrda parlament dinləmələrinin keçirilməsini tələb edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli müxalifyönlü “Hraparak” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə gündəliyə “Paşinyanın devrilməsinin praktik yolları və onların ətrafında birləşmək” məsələsini daxil edilib.
“Sərkisyanın komandası daxili siyasi vəziyyətin həllini Nikol Paşinyanın impiçmentində görür. Sərkisyana yaxın adamlar hesab edir ki, hələ də ‘Ermənistan’ bloku (Robert Köçəryana yaxın) ilə ümumi anlaşmaya nail olmaq və prosesləri birlikdə həyata keçirmək imkanı mövcuddur”, – yazıda qeyd olunub.
Musavat.com
16 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ