İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalmaqallı "Kızılcık şerbeti" haqqında yeni iddia - "Doğa ilə Firazın sevgisi..."

Show TV-nin məşhur serialı “Kızılcık şerbeti” haqqında yeni iddia ortaya atılıb.

Musavat.com xəbər verir ki, ekran işində son bölümdə Doğa ilə Firaz arasındakı "yasaq sevgi" səhnələri izləyicilərin ciddi tənqidinə səbəb olub və  RTÜRK-ü hərəkətə keçirib.

Radio və Televiziya Üst Şurası (RTÜK) hərəkətə keçərək serial haqqında araşdırmalara başlayıb.

Tənqidlərdən sonra ssenarininn dəyişdiyi, yasaq sevginin sezon finalında vurulanlardan birinin yuxusu olduğu iddia edilib.

Qeyd edək ki, prodüser şirkət “Gold Yapım” məsələ ilə bağlı ilk açıqlamasını verib.

“Türkiyə cəmiyyətinin dəyərlərinə hücum yoxdur”, - deyə bildirən şirkət RTÜK-ün araşdırma başlatmasından təəssüfləndiyini ifadə edən yazılı açıqlama yayıb.

Şirkət açıq şəkildə qeyd edib ki, serialda “ailə institutuna və ya türk cəmiyyətinin qədim dəyərlərinə ən kiçik hücum, aşağılama və ya təhqir yoxdur və ola da bilməz”.

Bəyanatda televiziya seriallarındakı hekayələrin “qeyri-adi və şişirdilmiş” ola biləcəyi vurğulanıb. Bununla belə, bu hekayələri təqdim edərkən həmişə cəmiyyətin dəyərlərinə həssaslığın göstərildiyi də vurğulanıb. “Gold Production” bu dəyərlərə ciddilik və hörmətlə yanaşmağa davam edəcəklərini və hər hansı bir mənfi tənqidə cavab vermək əzmini nümayiş etdirəcəklərini bildirib.

Bu bəyanat həm tamaşaçıların, həm də RTÜK-ün qəzəbini azaltmağa yönəlmiş addım kimi şərh olunub.

Könül
Musavat.com 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR