İnsanlara hürriyət, millətlərə istiqlal!

Savaşın Rusiya üçün acı göstəricisi- 200-dən çox idmançı vətəndaşlığını dəyişib

 

Ukraynaya qarşı başladılan işğalçı savaşa cavab olaraq Rusiya idman sahəsində ağır sanksiyalara məruz qalıb. Rusiyanın demək olar ki, bütün klubları, idmançıları, təşkilatları beynəlxalq yarışlardan kənarlaşdırılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki,  2022-2023-cü ildə 200-dən çox rusiyalı idmançı beynəlxalq müsabiqələrdə mübarizəni davam etdirmək üçün idman vətəndaşlığını dəyişib və ya dəyişmək üzrədir. Jurnalistlərin təsbitinə görə, siyahıya həm Avropa, həm də dünya çempionları, eləcə də yeni başlayan idmançılar daxildir.

Bunların arasında şahmatçılar çoxluq təşkil edirlər: 141 şahmatçı artıq Rusiya bayrağı altında çıxış etmir. Onlardan biri də qadınlar arasında şahmat üzrə 12-ci dünya çempionu Aleksandra Kostenyukdur.

İkinci yerdə fiqurlu konkisürmə və atçılıq idman növlərində yarışanlar gəlir. Burada Rusiya hər birində 11 idmançı itirib. Onların arasında Rusiyanın əməkdar məşqçisi Eteri Tutberidzenin qızı Diana Devis də var. Bədii gimnastika və tennis üçüncü yerdədir: hər beş idmançıdan biri idman vətəndaşlığını dəyişdiyini elan edib.

Avtomobil idmanı və futbolda hər dörd idmançıdan biri vətəndaşlıq dəyişikliyi barədə məlumat verib. Rusiya velosiped, motosiklet yarışı, sürətli konkisürmə, xokkey, üzgüçülük, avarçəkmə, boks və yelkənli idman növləri üzrə hərəyə iki idmançısını itirib. Onların arasında üzgüçülük üzrə üçqat Avropa çempionu Anastasiya Kirpiçnikova da var. İdman vətəndaşlığını dəyişənlər içində sərbəst güləş, atletika, biatlon, cüdo, bədii gimnastika və dağ xizək sürmə kimi növlərdə yarışanlar da yer alıb.

Vətəndaşlığını dəyişən rusiyalı idmançılar əsasən İsrail, Serbiya və Almaniya bayrağı altında yarışırlar.

Araşdırmaçıların təxmininə görə, vətəndaşlığını rusların real sayı dəfələrlə çox ola bilər, çünki onların əhəmiyyətli hissəsi adları hələ bəlli olmayan gənc idmançılardır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR