İnsanlara hürriyət, millətlərə istiqlal!

“Saudy Aramco” səhmləri suveren fonda verildi

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Əl Səud neft nəhəngi “Saudi Aramco”nun səhmlərinin 8 faizinin krallığın suveren fondu olan İctimai İnvestisiya Fonduna (PİF) məxsus şirkətlərə verildiyini elan edib.

Bu barədə Səudiyyə Ərəbistanının SPA dövlət agentliyi məlumat yayıb.

Agentliyin məlumatında qeyd olunur ki, səhmlərin təhvil verilməsi “Səudiyyə Ərəbistanının “Saudi Vision 2030” proqramına uyğun olaraq milli iqtisadiyyatın stimullaşdırılması, diversifikasiyası və investisiya imkanlarının genişləndirilməsi üzrə uzunmüddətli təşəbbüslərinin davamını nümayiş etdirir”. Vəliəhdin sözlərinə görə, bu qərar Səudiyyə Ərəbistanının suveren sərvət fondunun maliyyə vəziyyətini və kredit reytinqini gücləndirəcək.

PIF 2022-ci ildən bəri Saudi Aramco-da 4 faiz paya sahibdir, digər 4 faiz isə keçən il fonda məxsus “Sənabil” şirkətinə köçürülüb. PIF bu il iki ayrı səhm təklifində 7 milyard dollar cəlb edib. PIF-in rəhbəri və Saudi Aramco-nun direktorlar şurasının sədri Yaser ər-Rumayyan daha əvvəl bildirmişdi ki, 2025-ci ildən sonra fond hər il fond bazarında yerləşdirilən kapitalın həcmini 40 milyard dollardan 70 milyard dollara çatdırmağı planlaşdırır.

Səudiyyə Ərəbistanının suveren sərvət fondu vəliəhd şahzadənin iqtisadi diversifikasiya gündəmində mərkəzi yer tutur. Ötən il PIF 31,5 milyard dollar sərmayə qoyub və dünyanın ən böyük suveren sərvət fondu olub. Cümə axşamı günü açıqlanan aktivlərin transferindən əvvəl PİF-in idarəsində təxminən 700 milyard dollar var idi. Fond bu məbləği 2030-cu ilə qədər 2 trilyon dollara çatdırmağı planlaşdırır.

Saudi Aramco bildirib ki, səhmlərin köçürülməsi şirkətin əməliyyatlarına, strategiyasına, dividend siyasətinə və ya idarəetmə sisteminə təsir göstərməyəcək. Səudiyyə Ərəbistanının Tadawul fond birjasının saytında dərc olunan bəyanatda deyilir ki, “bu, özəl transferdir və şirkət heç bir müqavilə bağlamayıb, ödəniş və ya transferdən heç bir gəlir əldə etməyib. Cəmiyyətin buraxılmış səhmlərinin ümumi sayı və təhvil verilmiş səhmlər cəmiyyətin digər adi səhmləri ilə eyni reytinqə malik olacaqdır."

London Fond Birjasının məlumatına görə, Saudi Aramco-nun bazar kapitallaşması təqribən 163,6 milyard dollar dəyərində qiymətləndirilir. Reuters daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, Səudiyyə Ərəbistanı bu ilin sonunda daha çox Saudi Aramco səhmlərini satmaq niyyətindədir ki, bu da krallığın iddialı iqtisadi islahatlar proqramı üçün maliyyəni artıra bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR