İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarmazanovun məzəli şərhi: "Azərbaycanlılar müvəqqəti Şuşadadırlar"

Radikal çağırışları və anti-Azərbaycan mövqeyi ilə seçilən Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov növbəti dəfə sərsəm fikirlər sələndirib.

AzVision.az xəbər verir ki, o, yerli mediaya verdiyi açıqlamada hələ də revanşist mövqedə olduğunu açıq şəkildə bəyan edib.

Şarmazanov Paşinyanın "Bayraktar sirri"ni yaydıBu da azmış kimi radikal siyasətçi Türkiyə torpaqları ilə bağlı da anormal iddialar səsləndirib: “Bir dəfə Hrant Matevosyandan soruşublar ki, "Van Türkiyə ərazisindədir? O isə cavabında xeyr, türklər Vandadır" deyib. İndi mənim kapitulyatorlara cavabım nədir? Şuşa Azərbaycanda deyil. Sadəcə azərbaycanlılar hələlik Şuşadadırlar. Qarabağ Azərbaycanın tərkibində olmayıb və olmayacaq”.

Qeyd edək ki, Şarmazanov İrəvanın İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətindən sonra Azərbaycan əleyhinə tez-tez sərsəm fikirlər səsləndirir. Müxalifətdə böyük rəğbətlə qarşılanan Eduarda yerli media da xüsusi diqqət ayırır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR