İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarmazanov: “Hücum nəzəri cəhətdən mümkündür, amma müharibə ehtimalını görmürəm”  

 

“Nikol Paşinyanın səriştəsiz siyasəti nəticəsində Ermənistan geosiyasi və regional oyunçular, dövlətlər arasında çəkişmə meydanına çevrilib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının (sədr Serj Sərkisyandır-red.) liderlərindən Eduard Şarmazanov jurnalistlərlə söhbətində bildirib.

Şarmazanovun sözlərinə görə, Rusiya regionda öz maraqlarına xidmət edən mühüm oyunçudur və Azərbaycana gəlməsi təbiidir.

"Amma Putin Nikolla necə görüşsün? Roma Əsasnaməsini ratifikasiya edib, üstəlik gəlməsi halında həbs olunacağı ilə öyünür”,-deyə erməni revanşist siyasətçi bildirib.

Şarmazanovun iddiasına görə, Ermənistana hücum nəzəri cəhətdən mümkündür, lakin o, müharibə ehtimalını görmür.

“Yalnız bərabər gücə malik olan qüvvələr döyüşə bilər. Paşinyan Ermənistanı kollektiv Qərbin və pantürkizmin alətinə çevirdi. Noyabrın 9-da üçtərəfli bəyanatdan sonra o, “Şarl Mişel-Ərdoğan” platformasına keçdi və Praqada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı”,-deyə o, bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR