İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarl Mişel qərarını dəyişdi: Vəzifəsindən…

Avropa Şurasının rəhbəri Şarl Mişel Avropa Parlamentinə seçilmək planlarından imtina edib və vəzifəsində qalmağı planlaşdırır.

“Financial Times”ın yazdığına görə, o, bu qərarı iş yerini dəyişmək planlarını açıqladıqdan üç həftə sonra verib.

Qəzet bildirir ki, vBelçikanın keçmiş baş naziri Avropa İttifaqı sammitlərinə rəhbərlik etməyə davam edəcək və dekabrda mandatı başa çatana qədər istefa verməyəcək.

Mişelin sürpriz qərarı Avropa İttifaqı liderlərinin Ukraynaya maliyyə dəstəyinin gələcəyini həll edəcək mühüm sammitindən 6 gün əvvəl verilib.

Xatırladaq ki, Şarl Mişel daha əvvəl Avropa Parlamentinin üzvü olmaq üçün yayda vəzifəsini tərk edəcəyini bildirmişdi. “Politico” portalının yazdığına görə, Mişel istefa planlarını yalnız Fransa prezidenti Emmanuel Makronla müzakirə etməklə Avropa ölkələrinin liderlərini qəzəbləndirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR