Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Voronej şəhərində azərbaycanlı iş adamı Yusif Xəlilov yenidən saxlanılıb.
Bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
Məlumata görə, iş adamı rüşvət verməkdə şübhəli bilinir.
Y.Xəlilov ilk dəfə iyulun 1-də saxlanılıb, daha sonra əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş adamı sərbəst buraxılıb.
Həbs-qətimkan tədbirinin müəyyən edilməsi ilə bağlı məhkəmə iclası avqustun 17-nə təyin olunub.
Qeyd edək ki, o, Voronejdə yerləşən Alekseevski bazarının ortaq sahibidir.//Report
17 Avqust 2025
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ