Onlayn ictimai-siyasi qəzet
Türkiyənin İstanbul şəhərində fırtına bir sıra fəsadlar törədib.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, təbii hadisə nəticəsində Bakırköy, Bağcılar və Şişli rayonlarında ağaclar aşıb. Bakırköydə güclü küləyin aşırdığı budaqlar yoldan keçən iki qadının üstünə düşüb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.
Bağcılar rayonunda isə aşan ağac iki avtomaşının üstünə düşüb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.//Report
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ