İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarkozinin “Liviya məhkəməsi” başlayır

Fransada sabiq prezident Nikolya Sarkozinin korrupsiyada ittiham olunduğu “Liviya işi” üzrə məhkəmə prosesi başlayır.

Musavat.com “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, 10 ildən artıqdır davam edən təhqiqatdan sonra keçmiş prezident Sarkozinin və 3-ü keçmiş nazir də daxil olmaqla, 12 nəfərin üzərində məhkəmə prosesi keçiriləcək.

Liviyadakı Qəddafi administrasiyası bu gün Paris Cinayət Məhkəməsində dinləniləcək.

Sarkozinin 2007-ci ildə keçirilən prezident seçkilərini Liviyadan qeyri-qanuni yollarla əldə etdiyi pullarla maliyyələşdirdiyinə dair iddialar üzrə məhkəmə prosesinin təxminən 3 ay davam edəcəyi gözlənilir.

Sabiq dövlət başçısının təqsirinin sübuta yetirilməsi halında onu 10 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, 2007-2012-ci illərdə Fransaya rəhbərlik etmiş Sarkozinin 2007-ci ildə prezident seçkiləri kampaniyası üçün Liviyanın o vaxtkı lideri Müəmmər Qəddafidən qeyri-qanuni maliyyə dəstəyi aldığı iddia olunur.

Nikolya Sarkozinin 2006-cı ilin sonu və 2007-ci ilin əvvəllərində seçki kampaniyası zamanı Liviya administrasiyasından 50 milyon avro aldığı bildirilir.

İddialardan sonra 2013-cü ildə baş vermiş hadisə ilə bağlı ilkin araşdırma aparılıb. Nikolya Sarkozi 2018-ci il martın 21-də Parisdə saxlanılıb və ona qarşı “seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi, korrupsiya və Liviya dövlət vəsaitlərinin gizlədilməsi” kimi ittihamlar irəli sürülüb.

Digər tərəfdən, Liviya davasında şahid olan fransız-livan əsilli iş adamı Ziad Takieddinin 2006-cı ilin sonlarında Liviyadan Sarkoziyə 5 milyon avro gətirdiyi iddia edilir.

İş adamı Takieddin əvvəlcə Sarkozinin Liviyadan maliyyə aldığını iddia etsə də, 2020-ci ildə ifadəsini dəyişib. Sarkozi ona ifadəni geri götürməsi üçün ən azı 8 nəfər vasitəsilə Takieddinə təzyiq etməkdə şübhəli bilinir. Fransanın sabiq prezidentinin bunun üçün 608 min avro xərclədiyi iddia olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR