İnsanlara hürriyət, millətlərə istiqlal!

Şanxay sakinləri sərt qapanmaya mənzillərindən etiraz etdi - VİDEO

Artıq 14 gündür ki, Çin hökuməti Şanxayda sərt lokdaun tədbirlərinə əl atıb.

Musavat.com "oxu.az"a istinadən xəbər verir ki, osial şəbəkələrdə məlumat paylaşan insanlar lazımi dərman vasitələrini əldə edə bilmədiklərindən, ərzaq çatışmazlığından şikayət edir.

Sərt qapanmadan sonra intihar hallarının artığı, psixi sağlamlığı ilə əlaqədar müraciət edənlərin sayının yüksəldiyi bildirilir.

İnternetdə isə insanların öz mənzillərindən sərt qapanmaya etiraz etməsini əks etditən videolar paylaşılır.

Bir qrup Şanxay sakini isə küçələrə çıxaraq mağaza və ticarət mərkəzlərini qarət etməyə başlayıb.

Hökumət sərt qapanmanın hansı tarixdə bitməsi ilə bağlı isə hələlik heç bir məlumat vermir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR