İnsanlara hürriyət, millətlərə istiqlal!

Sankt-Peterburqda güclü yanğın - 12 min kvadratmetr sahə alovlanıb - VİDEO


Rusiyanın Sankt-Peterburq şəhərinda Kolpinski rayonunda tikinti materialları anbarında şiddətli yanğın baş verib.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğının sahəsi ilkin olaraq 1000 kvadratmetr olsa da, sonradan 12 min kvadratmetrə qədər böyüyüb. Zərərçəkənlər haqqında məlumat yoxdur.

Bundan başqa, yanğının söndürülməsində 123 nəfər və 27 texnika, o cümlədən yanğınsöndürən qatar iştirak edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR