İnsanlara hürriyət, millətlərə istiqlal!

Samsung kompaniyasının rüblük gəliri 23 faiz artıb

Cənubi Koreyanın elektronika istehsalçısı Samsung Electronics kompaniyasının 2022-ci ilin ikinci rübündə gəliri 23 faiz, xalis mənfəəti isə 15 faiz artıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, hesabat dövründə kompaniyanın gəliri ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 63,67 trilyon vondan 77,2 vona (59 milyard dollar) yüksəlib. Ötən rübə nisbətən isə həmin göstərici təxminən bir faiz azalıb. Analitiklər bunu yüksək inflyasiya fonunda istehlak elektronikasına tələbatın azalması ilə əlaqələndirirlər.

Samsung kompaniyasının xalis mənfəəti ötən üç ayda 9,63 milyard vondan 11,1 milyard vona qədər artıb. Kompaniyanın əməliyyat gəliri isə 12 faiz artaraq 14,1 trilyon dollara çatıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR