İnsanlara hürriyət, millətlərə istiqlal!

Samirənin qızı Xalq artistinin oğlu ilə niyə evlənməyib? - "Brilyant dəsti göndəriblər, amma..."

"Qızıma göndərilən hədiyyə brilyant dəstdir və kifayət qədər bahadır".

Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Samirə Yusifqızı tədbirdə Xalq artistinin ailəsindən qızına göndərilən hədiyyədən danışarkən deyib.

Meyxanaçı sözügedən hədiyyənin alınmasından xəbərsiz olduğunu qeyd edib:

"Sonradan zəng etdim, maraqlandım. Dedim ki, zəhmət olmasa gəlin hədiyyəni götürün, çünki bu məsələ alınmayacaq. Nəyə görə boş-boşuna əziyyət çəkirsiz? Dedi ki, mən ona bunu ad günü münasibəti ilə hədiyyəsi etmişəm. Elə bil qonaq gəlmişəm, başqa şeyi ağlınıza da gətirməyin".

Qeyd edək ki, meyxanaçı-müğənni Samirə Yusifqızının müğənni qızı Xalq artistinin oğlu ilə ailə qurmağa hazırlaşması ilə bağlı məlumatlar yayılıb. Doğum günü ilə bağlı tədbirdə ona elçi düşən Xalq artisti qayınanasından Fərəhə özəl hədiyyə göndərilib. Lakin izdivac baş tutmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR