İnsanlara hürriyət, millətlərə istiqlal!

Samir Şərifov Naxçıvana ayrılan dotasiyanın 31 milyon manat azaldılacağını açıqladı

Maliyyə naziri Samir Şərifov Milli Məclisdəki çıxışında bildirdi ki, 2023-cü ilin büdcə layihəsində xərclər və gəlirlərə hər hansı bir dəyişiklik edilməyib. Amma Maliyyə Nazirliyi tərəfindən Naxçıxan Muxtar Respublikasına ayrılan dotasiyanın 31 milyon manat azaldılması təklif olunur.

Nazir qeyd etdi ki, yeni yaradılan strukturlarla, xüsusilə Dövlət Təhükəsizlik Xidmətilə əlaqədar atılan addımlarla əlaqədar olaraq 11 milyon manatlıq xərclərin mərkəzləşdirilmiş xərclər hesabına maliyyələşməsi nəzərdə tutulur. S.Şərifov dedi ki, qənaət edilən 31 milyon manatın 15,9 mln manatı beynəlxalq fəaliyyət üçün, əsasən yeni səfirliklərin açılması, Azərbaycan dövlətinin maraqlarının təmin edilməsi məqsədilə hüquq müdafiəçilərinin cəlbi məqsədilə xərclənəcək. 4,1 milyon manat Milli Məclisin saxlanması xərcləri olacaq, qalan hissəsi isə milli təhlükəsizlik və müdafiə məqsədilə sərf olunacaq. Eyni zamanda Naxçıvan MR-in gəlirlərinin 20 milyon manat artması nəzərdə tutulur.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR