Onlayn ictimai-siyasi qəzet
Qərbi Azərbaycan İcmasının təşkil etdiyi bu konfrans hüquqi platformadır. Dünyanın dörd bir tərəfindən professorlar, QHT bu məqama diqqət etməlidirlər. Ermənistanın indiki ərazisi vaxtilə Azərbaycan torpaqları olub. Konfrans Azərbaycan 44 günlük Vətən müharibəsi və anti-terror tədbirləri ilə ərazi bütövlüyünü bərpa etdikdən sonra gerçəkləşir. Buna görə çox məmnunuq.
Musavat.com xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım jurnalistlərə açıqlamasında bildirib.
Türkiyəli parlamentari fürsətdən istifadə edərək COP29-da qazanılan uğur münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə və əməyi keçən hər kəsə təşəkkür edib: "Təbii ki, bəzi dairələr qərbi azərbaycanlıların dönüşü ilə bağlı mövzunu başqa tərəfə yönəltməyə çalışacaqlar. Azərbaycanın ərazi iddiası yoxdur. Bu, sadəcə soyqırıma uğradılaraq yurdlarından məcburən qovulan azərbaycanların qayıdış tələbidir. Beynəlxalq hüquq da azərbaycanlıların ləyaqətli qayıdışına imkan verir. İştirakçısı olduğumuz bu konfrans da beynəlxalq ictimaiyyətin bu məsələyə həssas yanaşmasına diqqət çəkmək üçündür, haqsızlığa uğramış bu insanların evlərinə ləyaqətlə qayıdışını təmin etmək lazımdır. Ermənistan artıq mono dövlət olmaqdan imtina etməlidir. Ermənistanda bir nəfər də azərbaycanlı, müsəlman yaşamır. Qloballaşan dünyada bu heç də xoş deyil".
Ş.Ayrım vurğulayıb ki, sülh sazişinin imzalanması bütün məsələləri həll edə bilər: "Ermənistan Fransa və başqa dövlətlərin təsirindən çıxmalıdır. Fransa daxili məsələlərini bir kənara qoyaraq Cənubi Qafqazı qarışdırmaq istəyir.
Nigar HƏSƏNLİ,
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ