İnsanlara hürriyət, millətlərə istiqlal!

Şamaxıda göldə batan üç nəfərdən ikisi ölüb

Şamaxı rayonunda iki nəfər suda boğularaq ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə bu gün axşam saat 20:00 radələrində rayonun Əngəxaran kənd sakinləri, 2006-cı il təvəllüdlü Ağaqardaş Rəhimov həmyaşıdı Fərid Rəcəbov və 2008-ci il təvəllüdlü Rəvan Mirzəyev Qızmeydan kəndi ərazisində yaradılmış süni göldə çimərkən boğulub.

Ağaqardaş hadisə yerində, Rəvan Şamaxı Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Həkimlərin səyi nəticəsində Fəridin həyatını xilas etmək mümkün olub.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR