İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedev “Burevestnik” sınağı ilə bağlı paylaşım etdi: “Rusiya dostlarını təbrik edirəm”

Musavat.com xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial şəbəkə platforması X.com-da (keçmiş Twitter) yeni paylaşım edərək Rusiyanın nüvə mühərrikli və limitsiz uçuş məsafəsinə malik “Burevestnik” qanadlı raketinin uğurlu sınağını elan edib.

Medvedev yazıb:

“Rusiyanın bütün dostlarını nüvə mühərriki və döyüş başlığı ilə təchiz edilmiş, uçuş məsafəsi limitsiz olan “Burevestnik” (Fırtına quşu) qanadlı raketinin uğurlu sınağı münasibətilə təbrik edirəm.”

Bu mesajda Rusiya rəsmisinin həm simvolik , həm də gülümsəyən emojilərdən istifadə etməsi Qərb mediasında diqqət çəkib və bəzi nəşrlər bunu “provokativ və meydanoxuma xarakterli jest” kimi dəyərləndiriblər.

Qeyd edək ki, “Burevestnik” (NATO təsnifatında — SSC-X-9 Skyfall) Rusiya tərəfindən 2018-ci ildən etibarən elan olunan, nüvə mühərriki vasitəsilə çox uzun müddət havada qala biləcəyi iddia edilən silah sistemidir. Dünyada bu tip raket texnologiyası hazırda yalnız Moskva tərəfindən sınaq mərhələsinə çıxarılıb.

Sınağın detalları açıqlanmır, lakin Rusiyanın bu addımı Qərbdə ciddi narahatlıq doğurub. Mütəxəssislər hesab edirlər ki, belə raketlər strateji sabitlik balansını dəyişə və “nüvə qarşıdurmasının yeni mərhələsinə” səbəb ola bilər.

WhatsApp Image 2025-10-26 at 20.40.26.jpeg (60 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR