İnsanlara hürriyət, millətlərə istiqlal!

Salman Rüşdiyə hücum edən şəxsə İranda 10 hektar torpaq verilib

75 yaşlı yazıçı Salman Rüşdiyə hücum edən şəxsə İranda 10 hektar torpaq hədiyyə ediləcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İmam Xomeyninin fətvalarının icrası fondundan məlumat verilib.

Torpaq “cəsur hərəkətə” görə minnətdarlıq əlaməti olaraq “gənc amerikalı”ya və ya onun qanuni nümayəndəsinə veriləcək. “O, Rüşdinin bir gözünü kor edərək, onu qolundan məhrum etməklə müsəlmanları sevindirdi”, - deyə fondun katibi Məhəmməd Zarey deyib. Onun sözlərinə görə, Rüşdi indi canlı meyitdən başqa bir şey deyil.

Salman Rüşdi 2022-ci ilin avqustunda Nyu-Yorkda hücuma məruz qalıb. Yazıçı bir neçə bıçaq yarası alıb, nəticədə bir gözü kor olub, bir qolu isə hərəkət qabiliyyətini itirib. Hücum edən şəxs dərhal həbs edilib. Onun valideynləri Livandan mühacirət etmiş 24 yaşlı ABŞ vətəndaşı Hadi Matar olduğu üzə çıxıb. Matarın anası oğlunun bu hərəkətinə görə daha onunla danışmayacağını və ailənin onsuz yaşamağa çalışacağını bildirib. Matar məhkəmədə özünü təqsirli bilməyib. O, jurnalistlərə müsahibəsində Rüşdini İslama qarşı hücumlarına görə sevmədiyini və yazıçının sağ qaldığını biləndə çox təəccübləndiyini deyib.

Salman Rüşdinin ölümünə çağıran fətva İranın keçmiş lideri Ayətullah Xomeyni tərəfindən 1989-cu ildə yazıçının “Şeytan ayələri” romanının nəşrinə cavab olaraq verilib. Bir çox müsəlmanlar bu romanı Məhəmməd peyğəmbərə qarşı küfr və təhqiramiz hesab edirdilər. Matar ondan cəmi bir-iki səhifə oxuduğunu etiraf edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR