İnsanlara hürriyət, millətlərə istiqlal!

Sallivan: “Baydenin Polşadakı çıxışı Putinin nitqinə cavab olmayacaq”

“ABŞ prezidenti Co Baydenin fevralın 21-də Varşavada çıxışı Rusiya prezidenti Vladimir Putinin bugünkü nitqinə birbaşa cavab olmayacaq”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.

Xatırladaq ki, Putin həmin çıxışında Rusiyanın strateji nüvə silahlarının məhdudlaşdırılması müqaviləsində (START) iştirakını da dayandırdığını elan edib.

Sallivanın sözlərinə görə, Bayden Ukraynadakı müharibə ilə bağlı təfərrüatlara varmayacaq, əksinə, demokratiya və avtoritar rejimlər arasında qarşıdurmanın daha geniş mənzərəsini göstərəcək, həmçinin beynəlxalq düzənin əsas prinsiplərini məhv etməyə çalışan təcavüzkarları pisləyəcək.

Putinin mesajından danışan Sallivan onun “Qərbin Rusiyaya qarşı təcavüz etməsi” ittihamlarını absurd adlandırıb. “Heç kim Rusiyaya hücum etməyib”, - deyə Ağ Evin müşaviri bildirib.

Ağ Ev rəsmisinin sözlərinə görə, Putin özü müharibəni seçib, əgər Rusiya prezidenti onu dayandırmaq və qoşunları çıxarmaq qərarına gəlsə, bu müharibə başa çata bilər.

NATO-nun baş katibi Yens Stoltenberq isə bildirib ki, Alyans Moskvanın START müqaviləsində iştirakını dayandırmaq qərarından təəssüflənir. O, həmçinin əlavə edib ki, Putinin çıxışı Rusiya tərəfindən eskalasiyaya və müharibəni davam etdirməyə hazır olduğunun sübutudur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR