İnsanlara hürriyət, millətlərə istiqlal!

​​​​​​​Sakit Okeanın vətəndaş cəmiyyəti institutları Yeni Kaledoniyaya dəstək bəyanatı yayıblar

Sakit Okean regionunda fəaliyyət göstərən 30-a yaxın təşkilat Fransa hökumətinin Yeni Kaledoniyada dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərə etiraz əlaməti olaraq birgə bəyanat yayıb.

"Report"un məlumatına görə, sənəddə Fransanın dekolonizasiya prosesini idarə etmək iqtidarında olmadığı vurğulanaraq BMT-dən, eləcə də Sakit Okean hövzəsi ölkələrinin rəhbərlərindən prosesə müdaxilə etmək tələb olunur. Onlar iğtişaşların səbəbi kimi Fransa hökumətinin Yeni Kaledoniyada seçki qanunvericiliyini zorla dəyişmək inadından qaynaqlandığını qeyd ediblər.

“Son aylarda Kanak liderləri dəfələrlə yerli xalqların öz müqəddəratını təyinetmə hüququnu təhlükə altına alan və ərazinin gələcək statusu ilə bağlı davam edən dinc dialoqu təhdid edən yerli seçki qanunvericiliyinə təklif edilən konstitusiya dəyişikliyinin geri götürülməsinə çağırışlar ediblər” - bəyanatda qeyd olunub.

Makron hökumətini müstəmləkəçilikdə ittiham edən sənədin müəllifləri Fransa tərəfindən birtərəfli qaydada təklif edilən bu dəyişikliklərin Kanak xalqını öz torpağında azlığa çevirəcəyini və onların azadlığa gedən yollarını bağlaya biləcəyini vurğulayıb:

“Aydındır ki, Fransa hökuməti Makronun rəhbərliyi altında bu dekolonizasiya prosesinə nəzarət etmək iqtidarında deyil və yararsızdır. BMT daha ədalətli və dinc keçidi bərpa etmək üçün müdaxilə etməlidir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR