Onlayn ictimai-siyasi qəzet
“Hesab edirəm ki, 44 günlük müharibənin nəticələri “artsax”ın taleyini öncədən müəyyənləşdirdi. 2023-cü ildə baş verənləri bunun nəticəsi hesab edirəm”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi Qarabağ canisi, bölgənin işğal altında olduğu illərdə burada qurulan oyuncaq qurumun “prezidenti” Samvel Şahramanyandır.
2023-cü ilin sentyabrında biz çox çətin vəziyyətdə qaldıq. Mən bir neçə dəfə demişəm ki, demək olar ki, hamı Qarabağın qalan yerlərini (ermənilərin işğal altında qalan-red.) tərk edəndə məsuliyyəti öz üzərimə götürmüşəm. Biz hazırkı vəziyyətə əsaslanaraq qərarlar qəbul etdik”, - deyə Şahramanyan bildirib.
Yerli jurnalistlərin müharibədəki məğlubiyyətdə kimin günahkar olduğunu sualına separatçı quldur belə cavab verib: “Ermənistanda çoxlu cinayət işləri başlanıb, parlamentdə müvafiq komissiya fəaliyyət göstərir, bu yaxınlarda öz nəticələrini açıqlaya bilər və biz müvafiq nəticə çıxaracağıq. Komissiyanın rəyi bizim üçün əsas olacaq. Bizim öz fikrimiz var, lakin müvafiq cinayət işlərinin nəticələrini öyrənəndən sonra bunu deyə biləcəyik”,-deyə o söyləyib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ