Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, ötən gecə Türkiyənin Antalya hava limanında Rusiyanın “Azimut” aviaşirkətinə məxsus “Sukhoi Superjet 100” təyyarəsi eniş zamanı yanıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hadisəyə səbəb kimi güclü külək səbəbindən enişin kobud olması göstərilir. Sərnişinlər şişmə slaydlar vasitəsilə təxliyə edilib.
Aviaşirkət əmin edib ki, fövqəladə hadisə nəticəsində xəsarət alan olmayıb. Buna baxmayaraq, yanan laynerin sərnişinləri “Azimut”aa qarşı kollektiv iddia qaldırıblar.
Bildirilir ki, hava limanında alovlanan təyyarəsdə əvvəllər də problemlər olub. Məlum olub ki, son il yarım ərzində hava gəmisi dörd dəfə uçuşu dayandırıb və dayanacağa qayıdıb.
Ötən il sentyabrın 21-də Pskov hava limanından havaya qalxmazdan əvvəl təyyarədə mühərrikin vəziyyət göstəricisi və ekipajın xəbərdarlığı sistemi işə düşüb. Nəticədə reys təxirə salınıb. Cəmi beş gün sonra, sentyabrın 26-da mühərrikin düzgün işləməməsi səbəbindən uçuş yenidən, bu dəfə Mineralnıye Vodıda təxirə salınıb. Təyyarə daha iki dəfə dayanacağa qaytarılıb: ötən ilin dekabrında Soçidə və bu ilin sentyabrın 7-də Mineralnıye Vodıda. 20 iyun 2023-cü ildə Almatıdan Mineralnıye Vodıya sərnişinsiz uçuş zamanı “Sukhoi Superjet 100”-ün sağ mühərriki tamamilə sıradan çıxıb. Bu ilin mayında da pilotlar Sankt-Peterburqdan Kaluqaya uçuş zamanı generatorun nasazlığı barədə məlumat vermişdilər.
“Sukhoi Superjet 100” sonuncu dəfə cəmi 26 gün əvvəl - Vnukovoda eniş şassilərinin qapıları zədələndiyinə görə təcili eniş etdikdən sonra yoxlanılıb. Bildirilir ki, yoxlamanın nəticələrinə əsasən, təyyarədə heç bir qüsur aşkar edilməyib.
Təyyarənin pilotu Andrey Pryadkin jurnalistlərlə söhbətində bildirib ki, təyyarənin ekipajı qarşıda müxtəlif departamentlərin nümayəndələrinin sorğu-sualını gözləyir. Xüsusilə, onun sözlərinə görə, yaxın vaxtlarda uçuş heyəti aviasiya xidmətləri tərəfindən dindiriləcək.
Təcrübəli kapitan “hər şey qaydasındadır, hamı sağdır və yaxşıdır” deyib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ