Onlayn ictimai-siyasi qəzet
Gürcüstan parlamenti 150 deputatının səlahiyyətlərini tanıyaraq yeni çağırışın ilk iclasını açıb.
Musavat.com xəbər verir ki, "Gürcü Arzusu" partiyasının 88 deputatı yekdilliklə Şalva Papuaşvilini yenidən parlamentin spikeri seçib. O, bu vəzifəni 2021-ci ilin dekabrından tutur.
Hökumət partiyasının icraçı katibi Mamuka Mdinaradze isə yenidən parlamentin çoxluğunun lideri və "Gürcü Arzusu" fraksiyasının sədri seçilib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ