Onlayn ictimai-siyasi qəzet
Fransanın müxalif "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Pen, baş nazir Mişel Barnye ilə uğursuz danışıqlardan sonra koalisiya hökumətinə dəstəyin dayandırıla biləcəyini bildirib.
Musavat.com xəbər verir ki, BFMTV-yə verdiyi müsahibəsində Le Pen baş nazirlə büdcə ixtisarlarına dair danışıqların onu qane etmədiyini və kompromisə nail olma ehtimalının çox az olduğunu vurğulayıb.
2025-ci il büdcə qanun layihəsi dövlət xərclərinin ciddi şəkildə azaldılmasını nəzərdə tutur və bu məsələ hökumətlə müxalifət arasında ciddi fikir ayrılığına səbəb olub. Le Penin xəbərdarlığı həyata keçirilərsə, hökumət etimadsızlıq səsverməsi ilə üzləşə bilər.
Le Pen hökumətin elektrik enerjisinə vergilərin artırılması planından imtina etməsini tələb etdiklərini açıqlayıb və baş naziri Fransa Konstitusiyasının 49.3-cü maddəsindən istifadə edərək qanunu parlamentdən yan keçməklə qəbul etməkdən çəkinməyə çağırıb.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ