İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahil Babayev: Ünvanlı sosial yardım məsələsində manipulyasiya etmək istəyənlər var

Hazırda ünvanlı dövlət sosial yardım məsələsində manipulyasiya etmək istəyən şəxslər, vasitəçilər var.

Musavat.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST TV-nin ilk efirinin “Sosial saat” verilişində deyib.

O bildirib ki, həmin şəxslər yalandan bir günlük, bir aylıq şirkətlər və ya fərdi sahibkarlıq qeydiyyat nömrələri götürərək guya 100 nəfəri işə götürüb sonradan çıxarırlar: “Onlar sadəcə saxtakarlıqla məşğul olurlar. Nazirlik bu sahədə daimi monitorinq həyata keçirir. Belə müvəqqəti iş yerləri üzərindən sırf ünvanlı dövlət sosial yardım üçün vasitəçilərə qarşı tədbirlər görülür, bir neçəsi barədə hüquq-mühafizə orqanlarına müraciət olunub. Buradan vətəndaşlara səslənirəm ki, heç bir vasitəçinin köməyindən istifadə edərək ÜDSY üçün müraciət etməsinlər. Birbaşa nazirliyin strukturlarına müraciət edə bilərlər. Elektron sistem üzərindən heç bir çətinlik çəkmədən birbaşa özləri qeydiyyatdan keçə bilərlər”.

S.Babayev vurğulayıb ki, ÜDSY proqramı ciddi şəkildə inkişaf etdirilib: “Orta aylıq vəsait artırılıb, müraciət forması sadələşdirilib. 300 minə yaxın insan bu gün yardım alır. Ümumiyyətlə, bu yardım növü passiv dəstək alətidir. Dövlətin niyyəti heç də o deyil ki hamı bu yardımla əhatə olunmalıdır. Biz insanları daha çox aktiv alətlərə cəlb etməliyik. Ona görə də gəlirlərin hesablanması mexanizminə mütəmadi aparılır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR