İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahil Babayev: “Bəzən insanları işləməməyə sövq edirlər”

“2019-cu ildən bu günə qədər sosial müavinətlərin, əməkhaqlarının artırılması istiqamətində islahatlar aparılır və hələ də davam edir”.

Bunu Milli Məclisin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev söylədi. Nazir bildirdi ki, belə halların yaşandığı çox az sayda dövlət var: “Növbəti dövrlərdə də dövlətin siyasətində sosial sahəyə dəstəyin artırılması davam edəcək. Azərbaycan vətəndaşının rifahının təmin olunması həmişə bizim üçün prioritet olub və onun üçün də çalışırıq”.

S.Babayev bildirdi ki, ölkədə aktiv məşğulluq proqramları üçün çalışırıq: “Eyni zamanda xalqın öz qazancını əldə etmək imkanını artırmaq lazımdır və biz bunu edirik. Ölkədə bəzi streotiplər var ki, onları qırmaq lazımdır. Bəzən insanları işləməməyə sövq edirlər, bundan çəkinmək lazımdır. Nəzərə çatdıraq ki, 400 minə yaxın işsizi məşğulluq proqramı çərçivəsində işə cəlb etmişik. Prosesin tam şəffaf olması üçün bütün tədbirlər görülüb. 55 min şəxsin özünüməşğulluğu təmin edilib”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR