İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarovanın Simonyana cavabı sərrast və dəqiqdir - Korotçenko

"Milli Məclisin sədri Sahibə Qafarovanın Simonyana cavabı sərrast və dəqiqdir. Bu, təcavüzkara cavab zərbəsi kimidir".

Musavat.com xəbər verir ki, bu fikri rusiyalı ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Milli Məclisin sədri Sahibə Qafarovanın Ermənistan parlamentinin spikeri Alen Simonyana cavabını şərh edərkən səsləndirib.

Milli Məclisin sədrinin çıxışını özünün sosial şəbəkələrdəki səhifələrində paylaşan Korotçenko yazıb ki, Sahibə Qafarovanın cavabı sərrast və dəqiqdir.

gfh.jpg (184 KB)

Xatırladaq ki, oktyabrın 28-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyan çıxış edərək, Azərbaycanın ünvanına həqiqətdən uzaq iddialar səsləndirib. Bunun ardınca Milli Məclisin sədri Sahibə Qafarova iclasda ikinci dəfə söz alaraq, onun cavabını verib.

Musavat.com həmin çıxışı baxmayanlar üçün təkrar təqdim edir:

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR