İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova Kambocaya gedib - Fotolar

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlamentin nümayəndə heyəti noyabrın 20-də Kamboca Krallığına səfər edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən xəbərə görə, Pnompen beynəlxalq hava limanında nümayəndə heyətimizi ölkəmizin Kamboca Krallığındakı səfiri Şövqi Mehdizadə, Kamboca Milli Assambleyasının deputatları Ker Çanmoni, Man Navi, Mak Vanstiha, Ti Soxun və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində nümayəndə heyətimiz burada keçiriləcək Cənub-Şərqi Asiya Ölkələri Parlamentlərarası Assosiasiyası (AİPA) Baş Assambleyasının 43-cü iclasında iştirak edəcək.

Milli Məclisin sədrinin Kamboca Krallığının rəsmiləri və tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR