İnsanlara hürriyət, millətlərə istiqlal!

Şagird Daşkəndi 250 milyard dollara satışa çıxarıb - ...qulaqburması alıb

 

Özbəkistanda bir yeniyetmə zarafatla Daşkəndə 250 milyard dollar qiyməy qoyaraq satış elanı yerləşdirib. “Təklif”in üstünlükləri arasında özünü sakit aparan, etiraz etməyən və aldatmaq asan olan sakinlərin adı çəkilib.

O, satış elanında yazıb: “Daşkənd şəhəri böyük ticarət əlaqələri olan yeni, inkişaf edən şəhərdir. Əhalisi 3 milyon nəfər dinc sakindir (onlar etiraz etmirlər, özlərini sakit aparırlar, müftə şeyləri sevirlər, onlara fırıldaq gəlmək çox asandır və yaxşı pul əldə etmək olar”.

Şagird həmçinin qeyd edib ki, şəhərdə əla hava var, lakin qışda şikayətlər ola bilər.

Yeniyetmə qeyd edib ki, şəhərin satışının səbəbi “yarıtmaz hökumət”dir.

Kibertəhlükəsizlik mərkəzi bu elanın istifadəçiləri narahat etdiyini bildirib.

Mərkəzin nümayəndəsi elanın yerləşdirilməsindən bir neçə dəqiqə sonra bloklandığını bildirib və həmçinin istifadəçilərdən platformada orijinal məlumatları dərc etməyi xahiş edib.

Elanın müəllifinin şəxsiyyətinin müəyyən edilməsi üçün Daxili İşlər Nazirliyinin Kibertəhlükəsizlik mərkəzi tərəfindən “əməliyyat-istintaq işi” aparılıb. Hesabın sahibinin Daşkəndin Mirzo-Uluqbek rayonunun sakini olduğu üzə çıxıb, lakin elanı onun 8-ci sinifdə oxuyan  oğlunun yerləşdirdiyi aydın olub.

 “Mən bu elanı sosial şəbəkələrdə gördüm. Daşkəndə uyğunlaşdırıb zarafat kimi yerləşdirdim. Bunun yayılacağını, mənfi rəylərin olacağını düşünmürdüm. Mən yalnız pozitiv bir şey etmək istədim. Nə etdiyimi anlamışam. Etdiklərimə görə çox peşmanam”, - məktəbli bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR