İnsanlara hürriyət, millətlərə istiqlal!

“Saf sevgidən başqa...” - Elgünün anasından “qız üstündə olub” iddiasına CAVAB (VİDEO)

Gəncədə meyiti tapılan Elgün İbrahimovun anası Fizzə Zeynalova Musavat.com-a müsahibə verib.

Fizzə Zeynalova oğlunun qız istəməsinə görə belə bir addım atması ilə bağlı yayılan iddialara da münasibət bildirib.

“Elgün dərslərinə bağlı uşaq idi. Belə bir şey olubsa da, mən hiss etməmişəm. 17 yaşlı uşağın sevgisi nə olacaq? Saf sevgidən başqa nə ola bilər? Bəlkə də var idi. Bütün günü telefonla oynaması, kiminləsə danışması kimi hallar heç vaxt olmayıb.

5 hazırlığa gedirdi. Boş vaxtı olmurdu. Rəqsə, idmana gedirdi. Bikar qalan vaxtı olmurdu. Qızla bağlı nəsə olacağına heç vaxt inanmaram”, - deyə mərhumun anası deyib.

Bu iddianın necə ortaya çıxmasına isə anası belə cavab verib:

“Ətrafda olanlardan eşitdik. Dedilər ki, guya Elgün nə zamansa qız adı çəkib. Amma konkret olaraq heç nə yoxdur. Olsa belə, nə olacaq ki? Dediyim kimi, saf sevgidən başqa nə ola bilər? Mən heç bu versiyaya da inanmıram”.

Fizzə Zerynalova bildirib ki, hadisədən bir gün əvvəl Elgünlə son zəng hazırlığından danışıblar:

“Mesajlarda da var. Son zəng üçün restoran danışmışdılar. Biz onunla məktəbi bitirməsinə görə qonaqlıq verilməsindən danışırdıq. Həyat dolu bir uşağın bir günə nə problemi ola bilər? Heç bir dərdi, sıxıntısı olmayıb. Mən anayam, nəsə olsaydı, hiss edərdim. Axırıncı gün də işdən gəldi. Normal danışdıq, söhbət etdik. İşlə bağlı da heç bir problemi yox idi”.

Xatırladaq ki, 11-ci sinif şagirdi Elgün İbrahimovun müəmmalı şəkildə dünyasını dəyişməsindən 16 gün keçir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

BÜTÜN XƏBƏRLƏR