Onlayn ictimai-siyasi qəzet
İtaliya prokurorluğu qadın siyasətçilərin və jurnalistlərin, o cümlədən baş nazir Corciya Meloninin montaj edilmiş şəkillərinin yerləşdirildiyi pornoqrafik saytla bağlı istintaqa başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.
İtaliya lideri baş verənləri “iyrənc” adlandıraraq günahkarların “ən sərt şəkildə” cəzalandırılmasını tələb edib.
Florensiyada istintaq bir neçə mərkəzçi-solçu siyasətçinin şikayəti əsasında başlanmışdı. İndi isə yüzlərlə qadın polisə müraciət edərək işə qoşulub. Bu hadisənin qadınların şəxsi intim fotolarını paylaşan “Mia Moglie” adlı feysbuk qrupunu da əhatə edən daha geniş “intiqam porno” istintaqına daxil edilməsi planlaşdırılır.
“Meta” ötən həftə bu qrupu böyüklərin seksual istismarına qarşı siyasəti pozduğuna görə bağlayıb.
“Baş verənlər məni dəhşətə gətirdi. Bütün təhqir olunan və alçaldılan qadınlara həmrəylik və dəstəyimi ifadə etmək istəyirəm. Təəccüblüdür ki, 2025-ci ildə hələ də qadın ləyaqətini ayaqlar altına atmağı normal və qanuni sayanlar var. Bu adamlar həmin işləri klaviatura arxasında və ya anonimlikdə gizlənərək edirlər” – deyə Meloni “Corriere della Sera” qəzetinə bildirib.
Xatırladaq ki, İtaliya 2019-cu ildə “porno intiqam” haqqında qanun qəbul edib. Bu qanuna görə, şəxsi istifadə üçün nəzərdə tutulmuş seksual xarakterli foto və ya videoların yayılması cinayət sayılır.
Musavat.com
06 Sentyabr 2025
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ