İnsanlara hürriyət, millətlərə istiqlal!

Sadio Mane dünya çempionatında iştirak etməyəcək

Seneqal millisinin və Almaniya "Bavariya"sının futbolçusu Sadio Mane bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq.

"Report" "L Equipe" nəşrinə istinadən xəbər verir ki, buna səbəb 30 yaşlı hücumçunun evdə "Verder"i 6:1 hesabı ilə darmadağın etdikləri Bundesliqanın XIV tur matçında zədələnməsidir.

Axill vətərində problem aşkarlanan təcrübəli forvardın sıraya qayıdacağı tarix bəlli deyil.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Seneqal yığması Niderland, Qətər və Ekvadorla birlikdə A qrupunda mübarizə aparacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR