İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabir Rüstəmxanlıdan vacib təkliflər

Deputat Sabir Rüstəmxanlı Milli Məclisdəki büdcə müzakirələrində çıxış edərkən bildirdi ki, bizdə büdcənin müzakirəsi ilə hökumətin hesabatı qarışdırılır. Bu mənada o, hökumətin hesabatına da bir deyil, iki gün vaxt ayrılmasını zəruri saydı.

“2023-ci il Qarabağ ili və ordu quruculuğu ilidir, çünki düşmənlərimiz müharibəyə hazırlaşır, revanşa cəhd edirlər. Bu baxımdan əhalinin sosial rifahına xüsusi diqqət yetirilməlidir”-deyən S.Rüstəmxanlı sosial layihələr adı altında mənimsəmələrin olduğunu da xatırlatdı.

O bildirdi ki, vaxtilə uşaq pulu veriləndə belə mənimsəmələr mümkün olmurdurdu. Deputat dedi ki, xırda məmurlar tərəfindən əhalinin rifahına maneçiliklər sərt şəkildə cəzalandırılmalıdır.

S.Rüstəmxanlı digər problemlərə də diqqət çəkərək dedi ki, rayonlara kitablar göndərilməsi, kitaba təşviq işi çox zəifdir. Ancaq xaricə kitab göndərilməsi xərcləri süni şəkildə artırılıb. “Bu qiymətləri kim müəyyən edir?”-soruşan deputat əlavə etdi ki, biz kitablarımızı xarici auditoriyaya çatdırmalıyıq, bu işə dəstək verilməlidir.

S.Rüstəmxanlı su ehtiyatlarının yaradılması ilə bağlı təklif verdi: “Yardımlı ilə Lerik arasında çox dərin bir dərə var. Orda çox böyük su anbarı tikmək olar, xahiş edirəm İqtisadiyyat Nazirliyi bunu nəzərə alsın”.

Sonda isə “bir çox rayonlarda, o cümlədən Neftçalada qazlaşma işi çox istərdim ki, tezliklə başa çatdırılsın”-söylədi.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR