İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabir Rüstəmxanlıdan çağırış: “2023-cü ilin 1 yanvarından “ov”-dan imtina edək!”

Deputat Sabir Rüstəmxanlı Milli Məclisin iclasındakı çıxışında əvvəlcə Dünya azərbaycanlıları Həmrəylik günü və Yeni il münasibətilə təbriklərini çatdırdı. O qeyd etdi ki, başa çatmaqda olan ilin ən gözəl yekunu Qərbi Azərbaycanla bağlı Azərbaycan Prezidentinin fikirləri idi.

S.Rüstəmxanlı dedi ki, Güney Azərbaycanla bağlı mövqeyindən sonra dövlət başçısı Qərbi Azərbaycanla əlaqədar mövqeyini bir daha ifadə etməklə ilin hadisəsini yaratdı. Deputat dedi ki, bu, milli atributlara sahiblənməyin məntiqi davamıdır. “Bu gün milli intibah prosesi gedir. Bu prosesin tamamlanması üçün bir təklif irəli sürmək istəyirəm”-deyən S.Rüstəmxanlı qeyd etdi ki, bunlardan biri 30 ildən artıq haqqında söhbət gedən milli soyad məsələsidir.

Deputat konkret təkliflə çıxış etdi: “Təklif edirəm ki, 2023-cü ilin yanvarın əvvəlindən yeni doğulan uşaqlara yalnız milli soyadlar verilsin! Kim soyadını dəyişmir, dəyişməsin. Amma yeni doğulan uşaqlarla bağlı sənədləşmədə “ov”dan imtina edək! Bu çox asan məsələdir, hansısa sənəd tələb olunmur”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR