İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabir Rüstəmxanlı: “Hökumət bizə hesabat verməli olduğu halda, biz hökumətə hesabat veririk”

Deputat Sabir Rüstəmxanlı hökumətin hesabatının müzakirəsi zamanı söz alaraq narazılığını çatdırdı. Deputat dedi ki, büdcə müzakirələrindən fərqli olaraq, hökumətin hesabatı üçün bir gün vaxt ayrılır. Bu zaman da bəzi rayonların problemləri səslənir, digərlərininki yox. “Təəssüf ki, bizim bu tribunadan başqa imkanımız yoxdur. Edilən zənglər etinasızlıqla qarşılanır. Zəng edəndə deyirlər ki, sizi axtaracağıq, amma aylarla gözləyirik, axtaran olmur”.

S.Rüstəmxanlı müzakirələrə də iradını bildirdi: “Burada hökumət bizə hesabat verməli olduğu halda, biz hökumətə hesabat veririk. Ona görə də xahiş edirəm ki, ana müxalifət partiyasının sədri olaraq mənə söz verəsiniz”.

Spiker Sahibə Qafarova bildirdi ki, siz çıxışa yazılan 29-cu şəxssiniz, imkan olsa, sizə söz verəcəyəm.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR