İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq şöbə müdiri azadlıqda qaldı, onunla tutulan qadına 5 il cəza verildi

Tərtər Rayon Təhsil Şöbəsinin keçmiş müdiri Yaşar Məhərrəmova və onunla birlikdə həbs edilən qadına hökm oxunub.

Musavat.com xəbər verir ki, o, Yaşar Məhərrəmov Cinayət Məcəlləsinin 312.2-ci (rüşvət vermə) və dələduzluq maddəsi ilə təqsirli bilinib.

Y. Məhərrəmovla yanaşı, Xədicə Əhmədova da təqsirli bilinir. İstintaq orqanı onları 20 min manata yaxın rüşvət verməkdə ittiham edib. Xədicə Əhmədova həmçinin dələduzluqda da təqsirli bilinib və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Daha əvvəl dələduzluq ittihamı ilə məhkumluq həyatı yaşamış X.Əhmədova 5 il müddətinə azadlıqdan məhrum edilib.

Polisin nəzarəti altında olan Yaşar Məhərrəmov isə şərti cəza alıb və azadlıqda qalıb.

Y.Məhərrəmov Tərtərin Yuxarı Sarıcalı kənd orta məktəbinin direktoru olub. 2019-cu ildə sabiq təhsil naziri Ceyhun Bayramovun əmri ilə Tərtər rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib. O, 2021-ci ilin avqustunda öz ərizəsi ilə işdən azad edilib.

Hər iki şəxs işə adam düzəlmək adı ilə pul alaraq dələduzluq etməkdə təqsirli biliniblər.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR