İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabahdan Ağ Evdə yeni dövr başlayır: Dünya iqtisadiyyatında nələr olacaq?

Donald Trampın yenidən prezident kürsüsünə qayıdışı qlobal iqtisadiyyatda ciddi dəyişikliklər vəd edir.

Musavat.com xəbər verir ki, bu fikri iqtisadçı Eldəniz Əmirov irəli sürüb. O, fikrini Trampın müxtəlif ölkələrdən idxala yüksək rüsumlar tətbiq edəcəyinə dair vədləri ilə əsaslandırır: “Təsəvvür edin, onun 10-20 faizlik ümumi tarif artımı və Çinlə ticarət əlaqələrinə 60 faizlik tarif tətbiqi kimi təklifləri artıq Dünya Bankının proqnozlarına təsir edib: əgər bu planlar reallaşarsa, 2025-ci ildə qlobal iqtisadi artım əlavə 0.3 faiz azala bilər!

ABŞ bazarları Trampın qayıdışını nikbinliklə qarşılasa da, investorlar ticarət müharibələrinin yenidən başlamasından ehtiyatlanır. Xüsusilə Çin iqtisadiyyatı - Avstraliya kimi bir çox ölkənin əsas ticarət tərəfdaşı - bu tariflərin əsas hədəfi olacaq. Yavaşlayan Çin iqtisadiyyatı qlobal inflyasiyanı artıraraq bütün ticarət tərəfdaşlarına öz təsirini göstərə bilər.

Onun iqtisadi siyasətləri "ikili xarakter" daşıyır: bir tərəfdən, vergi endirimləri və tənzimləmələrin azaldılması bazarları sevindirir; digər tərəfdən isə sərt tariflər və immiqrasiya məhdudiyyətləri qlobal qeyri-müəyyənlik yaradır.

Ümumilikdə, o, əvvəlki prezidentlik dönəmindəki adam olmayacaq. Odur ki, onun ikinci prezidentlik dövrü tam fərqli gözlənilməz qərarlar, dünya iqtisadiyyatı üçün qeyri-müəyyənliklər vəd edir. Buna görə də ölkələr onun yeni dönəm hədəflərini diqqətlə izləyərək uyğun strategiyalar hazırlamalıdırlar”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR