İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah Səudiyyədə yeni danışıqlara “bismillah” deyiləcək

Ər-Riyadda keçiriləcək görüşü İstanbuldan sonra Rusiya-Ukrayna arasında ilk təmas hesab etmək olar-bu mövzular müzakirə olunacaq

Sabah-martın 24-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında danışıqların üçüncü raundu keçiriləcək.

Musavat.com xəbər verir ki, Rusiyanı danışıqlarda Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinə rəhbərlik edən senator Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda , Amerika nümayəndə heyətində dövlət katibi Marko Rubio, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz, Ukraynanı isə müdafiə naziri Rustem Umerov və Prezident Ofisinin rəhbərinin müavini Pavlo Palisa təmsil edəcəklər.

Karasin əvvəllər Rusiyanın Böyük Britaniyadakı səfiri, sonra isə xarici işlər nazirinin müavini vəzifələrində çalışmış diplomatdır. Keçən ilə qədər general-polkovnik Sergey Beseda Rusiya FSB-nin Beşinci İdarəsinə rəhbərlik edib, o, digər məsələlərlə yanaşı, xarici kəşfiyyat agentlikləri ilə qarşılıqlı əlaqəyə cavabdehdir.

Bildirilir ki, söhbət kifayət qədər konkret mövzulara, o cümlədən Rusiya və Amerika kəşfiyyat xidmətlərinin qarşılıqlı fəaliyyətinə yönələcək. Müzakirə ediləcək məsələlərdən biri də kəşfiyyat məlumatlarının mübadiləsi mövzusu ola bilər.

Yada salaq ki, Rusiya ABŞ-dan Kiyevə kəşfiyyat məlumatı verməmək və amerikalıların informasiya dəstəyini azaltmasını istəyir. Ağ Ev isə bununla bağlı nə “hə”, nə də “yox” deyib. İndi Amerika tərəfinin buna nə cavab verəcəyi maraq doğurur.

Rusiya prezidentinin köməkçisi Uşakovun sözlərindən məlum olur ki, mövzulardan biri Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi və “taxıl müqaviləsi”– Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracının bərpası imkanlarını müzakirə ediləcək. Bəllidir ki, Türkiyədə imzalanan “taxıl müqaviləsi” bir müddət sonra işləmədi, BMT də bu sazişin şərtlərinin yerinə yetirilməsində müşahidəçi qismində öz funksiyasını yerinə yetirə bilmədi.

Ər-Riyada dəvət olunan ukraynalılarla rusların heç bir təması olmayacaq. ABŞ prezidentinin xüsusi elçisi Keyt Kelloq izah edib ki, danışıqlar “hər iki tərəflə ayrı-ayrı otaqlarda olacaq”. Amerikalılar, obrazlı desək, tərəflərin öz mövqelərini uyğunlaşdırmağa çalışacaq.

Martın 24-də Ər-Riyadda keçiriləcək görüşü əslində, Rusiyanın 2022-ci ilin mart-aprelində İstanbuldan sonra Ukrayna tərəfi ilə ilk təmas hesab etmək olar. Ekpertlərə görə, bu səbəbdən amerikalıların vasitəçilik edəcək bu təmaslardan heç bir taleyüklü irəliləyiş gözləməmək lazımdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR