İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT İsrailin Qəzzanı ələ keçirmək planlarına qarşıdır

BMT İsrailin Qəzza şəhərini ələ keçirmək planlarına qarşı çıxıb.

"Report"un məlumatına görə, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik keçiridyi brifinqdə danışıb.

"Biz buna (Qəzzanın ələ keçirilməsinə - red.) qətiyyətlə qarşı çıxmışıq. Tamamilə aydındır ki, bu, münaqişənin mövcud mərhələsinin başlanğıcından bəri dəfələrlə yurdlarından didərgin salınmış insanların növbəti kütləvi yerdəyişməsinə səbəb olacaq", - deyə o bildirib.

Xatırladaq ki, avqustun 20-də İsrail Müdafiə Qüvvələrinin sözçüsü general-mayor Effi Defrin Qəzza şəhərinin ətraflarının nəzarətə götürülməsi üçün əməliyyatların başladığını açıqlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR