İnsanlara hürriyət, millətlərə istiqlal!

Maduro insanları Venesuela üçün ayağa qalxmağa çağırdı

Venesuela prezidenti Nikolas Maduro insanları ölkənin “suverenlik, sülh və öz müqəddəratını təyinetmə hüququ üçün” ayağa qalxmağa çağırıb.

Musavat.com xəbər verir ki, o, fikrini Amerika Xalqlarının Bolivar Alyansı (ALBA) adlanan, kiçik ada dövlətləri ilə birliyin zirvə toplantısında çıxışında səsləndirib:

"Mən Latın Amerikası, Karib hövzəsi, ABŞ, Afrika və digər regionlardakı bütün xalqları, bütün ictimai hərəkatları Venesuela xalqının suverenlik, sülh, öz müqəddəratını təyinetmə hüququ və gələcəyi üçün ayağa qalxmağa çağırıram".

Maduro vurğulayıb ki, “Bolivar Alyansı Latın Amerikası və Karib hövzəsi inkişaf yolunu müdafiə edir, öz şəxsiyyətini müdafiə edir”. O qeyd edib ki, sammitdə “ALBA ölkələri üçün əməkdaşlıq planları” qəbul ediləcək və qitədəki mövcud vəziyyət təhlil ediləcək.

Reuters-in məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin üç esminesi tezliklə Karib dənizinin cənubuna gələcək və “narkotik kartellərlə mübarizə əməliyyatları aparmaq üçün” Venesuela sahillərində yerləşdiriləcək. Gəmilər kəşfiyyat və müşahidə missiyaları həyata keçirəcək, lazım gələrsə, dəqiq zərbələr endirəcək. Amerika administrasiyasının bu hərəkətləri və Maduronun həbsinə səbəb olacaq məlumatlara görə mükafatın 50 milyon dollara qədər artırılmasının elan edilməsi Maduro tərəfindən ölkədə vəziyyətin sabitliyini pozmaq cəhdi və respublikanın müstəqilliyinə təhlükə kimi qiymətləndirilir.

Qeyd edək ki, 2004-cü ildə yaradılmış Latın Amerikası və Karib hövzəsi ölkələrinin ALBA regional birliyinə Antiqua və Barbuda, Boliviya, Venesuela, Qrenada, Dominika, Kuba, Nikaraqua, Sent Vinsent və Qrenadinlər, Sent Kitts və Nevis və Sent-Lüsiya daxildir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR