İnsanlara hürriyət, millətlərə istiqlal!

17 ildən sonra İLK DƏFƏ: ABŞ Rusiyanı Gürcüstana müdaxiləsinə görə QINAMADI

ABŞ 2008-ci ilin avqust hadisələrindən sonra ilk dəfə BMT Təhlükəsizlik Şurasında Rusiyanı Gürcüstandakı hərəkətlərinə görə qınamaqdan imtina edib.

Musavat.com xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən BMT Təhlükəsizlik Şurasının bir sıra üzv dövlətlərinin birgə bəyanatına qoşulmayıb.

Həmin bəyanatı BMT Təhlükəsizlik Şurasının Avropa üzvləri - Böyük Britaniya, Fransa, Sloveniya, Danimarka və Yunanıstan imzalayıb.

Onlar Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Dmitri Polyanski isə məsələyə münasibət bildirərək deyib:

“Bu prosesə qarşı çıxanlar Gürcüstanı sırf öz geosiyasi maraqlarına görə piyona çevirməkdə maraqlıdırlar”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR