İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubio Ukrayna və avropalı həmkarları ilə müzakirələrə başlayır

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsini icra edən ABŞ dövlət katibi Marko Rubio avqustun 21-də Ukrayna və bir sıra Avropa ölkələrinin milli təhlükəsizlik müşavirləri ilə “diplomatik danışıqlar” aparacaq.

Musavat.com xəbər verir ki, məlumatı “The New York Times” ABŞ prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli nümayəndəsinə istinadən yayıb.

Nəşrin məlumatına görə, Rubionun Ukraynadan olan həmkarları və avropalı müttəfiqləri ilə görüşü bu gün baş tutacaq və sülh yolu ilə nizamlanmanın təfərrüatlarına həsr olunacaq.

Nəşr danışıqların hansı formatda və harada keçirilə biləcəyini qeyd etməyib.

Qeyd edək ki, iki gün əvvəl Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı təklif hazırlamaq üçün ABŞ-Avropa-Ukrayna birgə komissiyası yaradılıb. Ona ABŞ dövlət katibinin rəhbərlik etdiyi bildirilir. Məqsəd Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanmasıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR