Onlayn ictimai-siyasi qəzet
İran dəmir yolunun Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt şəhərindən Xəzər limanına qədər olan hissəsi iyunun 20-də istifadəyə veriləcək.
Musavat.com xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, açılış mərasimində İran prezidenti vəzifəsini icra edən Məhəmməd Möhbər, yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş, Rusiya prezidentinin köməkçisi, Azərbaycan baş nazirinin müavini iştirak edəcək. Agentlik Rusiya və Azərbaycan tərəflərindən olan iştirakçıların adlarını açıqlamır.
Tasnim qeyd edir ki, Rəşt-Xəzər dəmir yolunun uzunluğu 37 km-dir, onun tikintisi üçün təxminən 30 trilyon rial (630 milyon avro) məbləğində kredit vəsaiti cəlb edilib.
Rəşt-Xəzər hissəsi 162 km uzunluğunda olan Rəşt-Astara dəmir yolunun birinci mərhələsidir. Rəşt-Astara dəmir yolunun tikintisinə dair Rusiya və İran 2023-cü il mayın 17-də saziş imzalayıblar. O, Şimal-Cənub dəhlizinin quru hissələrini birləşdirəcək və Transxəzər marşrutunun iqtisadi səmərəliliyini artıracaq. Layihənin həyata keçirilməsi üçün Moskva Tehrana 1,3 milyard avro dəyərində dövlətlərarası kredit ayırır, layihənin ümumi dəyəri isə 1,6 milyard avro olaraq qiymətləndirilir.
Bütün xəttin 2027-2028-ci illərdə tikiləcəyi gözlənilir. Rusiya səlahiyyətliləri bu layihənin Süveyş kanalına alternativ ola biləcəyini, həm Avropaya, həm də Rusiyadan Fars körfəzinə tranzit nəqli üçün başdan-başa marşrut yaratacağını gözləyirlər.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ