İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah DİQQƏTLİ OLUN! Güclü Günəş fırtınası Yeri VURACAQ

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) bir həftə ərzində Günəşin səthində iki qaranlıq ləkə aşkar edib. Təxminən 20 Yer ölçüsündə "koronal dəlik" adlanan ikinci qara nöqtə planetimiz üçün təhlükəli olmasa da, Yer kürəsinə müəyyən təsir göstərə bilər.

Musavat.com xəbər verir ki, NASA-nın ötən gün təsbit etdiyi "koronal dəlik" Günəşin maqnit sahəsinin kosmosa səpilməsi nəticəsində əmələ gələn bir quruluşdur.

Günəş fırtınasının rabitə vasitələrinə, elektron cihazlara və internetə təsir göstərə biləcəyi barədə xəbərdarlıq edilib.

NASA tərəfindən müşahidə edilən bu qara nöqtənin planetimizə doğru saatda 2,8 milyon kilometr sürətlə hərəkət edən Günəş küləyi əmələ gətirəcəyi gözlənilir. Sabah Yerə çatacağı təxmin edilən küləklər planetin maqnit sahəsinə və müvafiq olaraq peyk əlaqələrinə, texnoloji infrastruktura təsir göstərəcək. 

Qeyd edək ki, bu, NASA-nın bir həftə ərzində müşahidə etdiyi ikinci "koronal dəlik"dir. Birincisi martın 23-də aşkar edilib və ABŞ-ın cənubundakı Arizona ştatında auroralar əmələ gətirib. Günəş fırtınası Yer üçün birbaşa təhlükə yaratmasa da, nə qədər güclü olmasından asılı olaraq, peyklərə, elektrik xətlərinə, elektron infrastruktura, internetə və GPS koordinatlarına zərər verə bilər.

Müəyyən dövrlərdə baş verən Günəş fırtınaları səmada bənövşəyi və yaşıl auroralar yaradır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR