İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sabah Azərbaycanla bağlı mühüm addım atıla bilər” – Diqqətçəkən iddia

“Qarabağdakı münaqişənin lehimizə həllində önəmli rol oynayan Putin-Ərdoğan ikilisinin Azərbaycanla Ermənistan arasında qalıcı sülhün əldə edilməsi təşəbbüsünün Qərbin nəzarətinə keçməsiylə razılaşacaqları qətiyyən inandırıcı görünmür”.

Musavat.com xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.

Ekspert Türkiyə və Rusiya liderləri arasında Qazaxıstanda keçiriləcək növbəti görüşə diqqət çəkib:

“Oktyabrın 7-də Putini təbrik edən Türkiyə Prezidenti Ərdoğan rusiyalı həmkarıyla Asiya platformasında üzbəüz görüşəcəyinin anonsunu vermişdi. Budur, artıq hər iki prezidentin görüş vaxtı və yeri müəyyənləşib, liderlər sabah Astanada görüşəcəklər.

Praqada Qərb platforması çərçivəsində keçirilən iki və dörddərəfli görüşlərdən cəmi bir həftə sonra Astanada - Asiya platformasında keçiriləcək görüşlər bizim üçün xüsusilə önəmlidir. Çünki Qarabağdakı münaqişənin lehimizə həllində önəmli rol oynayan Putin-Ərdoğan ikilisinin Azərbaycanla Ermənistan arasında qalıcı sülhün əldə edilməsi təşəbbüsünün Qərbin nəzarətinə keçməsiylə razılaşacaqları qətiyyən inandırıcı görünmür. Bu səbəbdən sabah Astanada bu istiqamətdə irəliyə doğru daha bir mühüm addımın atılacağı ehtimalı xeyli böyükdür.

Artıq Azərbayan və Ermənistan xarici işlər nazirlərinin Astanada görüşünün planlaşdırıldığı haqda məlumat yayılıb. Paşinyanın Astanaya gedib-getməyəcəyi haqda isə hələ rəsmi məlumat verilmir. Mümkündür ki, Ermənistanın baş naziri yenə Qərbin təhrikiylə Astanaya getməkdən yayınsın”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR