İnsanlara hürriyət, millətlərə istiqlal!

İnam Kərimov Türkiyə Ali Məhkəməsinin baş prokurorunu qəbul etdi

Türkiyə Respublikasının Ali Məhkəməsinin baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.

Musavat.com xəbər verir ki, Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan-Türkiyə arasında qardaşlıq münasibətlərinə toxunub, iki ölkənin qarşılıqlı əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Məhkəmə-hüquq sahəsində də əməkdaşlığın qarşılıqlı səfərlər və təcrübə mübadiləsi nəticəsində daha da gücləndiyi vurğulanıb. Görüşdə ölkəmizdə məhkəmələrinin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, elektron xidmətlərin genişləndirilməsi, hakimlərinin peşəkarlığının artırılması və cəza siyasətinin humanistləşdirilməsi üzrə görülən işlər diqqətə çatdırılıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Muhsin Şentürk ikitərəfli əlaqələri yüksək qiymətləndirərək bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR