İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşvilinin anası həyəcan təbili çalır

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin səhhəti pisləşib. 

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, son müayinə onun orqanizmində ağır metalların miqdarının normadan artıq olduğunu göstərib. Siyasətçinin anası Qiuli Alasaniya bununla bağlı məlumat yayıb:

"Həkimlərin rəyində oğlumun orqanizmində civə tapıldığı qeyd olunur. Bundan başqa, bədəndə civəyə bərabər tutulan barium, tallium kimi elementlərə rast gəlinib".

Alasaniyanın sözlərinə görə, bu maddələrin oğlunun bədəninə necə daxil olduğu məlum deyil. O bildirib ki, indiki halda söhbət zəhərlənmədən gedə bilər, bu da siyasətçinin dərhal azadlığa buraxılmasına əsas verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR