İnsanlara hürriyət, millətlərə istiqlal!

"Saakaşvili həbsxanada ölərsə, Gürcüstan Avropa İttifaqına heç vaxt daxil ola bilməyəcək" - Deputatdan ŞOK AÇIQLAMA

Avropa Parlamentinin üzvü Yatsek Sariuş-Volski Gürcüstanın Avropa İttifaqına daxil olması məsələsinin birbaşa eks-prezident Mixail Saakaşvilinin işi ilə bağlı olduğunu söyləyib.

Musavat.com xəbər verir ki, bu barədə "Georgia Online" saytı məlumat yayıb.

Bununla Avropa “Mühafizəkarlar və islahatçılar qrupu”nun üzvü hakim “Gürcü arzusu” liderlərinin “Saakaşvili ilə ölkənin Avropa perspektivi arasında paralellər aparmağın yersiz olması” barədə sözlərinə münasibət bildirib.

"Saakaşvilinin işi ilə Gürcüstanın Avropa İttifaqına daxil olması arasında paralellər prinsipial əhəmiyyət kəsb edir. Bunlar bir-birindən ayrılmazdır. Saxlanılan eks-prezident həbsxanada ölərsə, Avropa Parlamenti heç vaxt Gürcüstanın Avropa İttifaqına daxil olmasını dəstəkləməyəcək", - deyə Yatsek Sarıuş-Volski bildirib.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski də Gürcüstan hakimiyyətini Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini müalicə üçün xaricə köçürməyə çağırıb.

Ukrayna mətbuatının xəbərinə görə “Gürcü arzusu” partiyası son hadisələrdə rəsmi Kiyevi suçlamaqdan çəkinməyib. Hakim partiya funksionerlərinin iddiasına görə, Saakaşvilin vətəninə geri qayıdışı əslində Ukraynanın “xüsusi əməliyyatı olub” və bununla ukraynalılar rəsmi Tiflisi müharibəyə cəlb etmək istəyiblər.

Gürcü rəsmilərinin bu iddiasına Ukrayna Xarici işlər nazirliyi cavab verərək “rəsmi Kiyevin heç vaxt Gürcüstanın daxili işlərinə qarışmadığını və qarışmağı planlaşdırmadığını” bildirib.

Ukrayna diplomatik idarəsinin fikrincə, “Gürcüstan hakimiyyəti daxili siyasi məqsədləri naminə Ukraynadakı müharibə mövzusu ətrafında spekulyasiyalar aparır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR