İnsanlara hürriyət, millətlərə istiqlal!

“Russneft” Azərbaycandakı aktivlərindən imtina etdi

Rusiyanın “Russneft” şirkəti Azərbaycandakı aktivlərə nəzarət edən şirkətləri öz strukturundan çıxarıb.

Musavat.com “İnterfaks”a istinadən xəbər verir ki, bu, şirkətin rəsmi reyestr məlumatlarında əksini tapıb.

Sənədə əsasən, “Russneft”lə SOCAR-ın bir sıra HPBS layihələrində iştirak edən Britaniya-Virciniya şirkəti olan GEA Holdings Ltd. Rusiya şirkətinin törəmələri siyahısından çıxarılıb. GEA vasitəsilə “Russneft” Abşeron, Binəqədi, Neftçala və Şirvan yataqlarının işlənməsində iştirak edirdi.

“Russneft” strukturundan həmçinin Kayman adalarından 4 şirkət çıxarılıb: “Kura Valley Holdings Ltd.” və 2000-ci illərin sonunda Azərbaycanın Padar-Haramı (“Russneft” 2019-cu ildə Padar blokunu tərk edib) və Mişovdağ-Kəlaməddin bloklarının operatorları kimi adı çəkilən Karasu Əməliyyat Şirkəti, həmçinin “Karasu Petroleum Company”, “Karasu Development Company”.

Beləliklə, “Russneft”in xarici istehsal aktivləri qalmayıb. Şirkətin Azərbaycandakı hasilat həcmi son illər hesabatlarda açıqlanmasa da, 2019-cu ildə “Russneft” 500 min tona yaxın neft hasil etmək niyyətini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR